ingiltərə premyer liqasında 20-ci turun daha 2 oyunu olub. Mançester Siti inamlı qələbə qazanıb. “Şəhərlilər” autsayderə qalib gələrək yarış cədvəlində liderliyə yüksəliblər. “Arsenal” da 3 xal əldə edərək məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

“Mançester Siti” İngiltərə premyer liqasının 20-ci turunda autsayderlərdən “Vest Bromviç”in qonağı olub. Qonaqlar artıq ilk hissədə rəqin qapısından 4 cavabsız top keçiriblər. İlkay Gündoğan dubl edib. Joau Kanselu və Riyad Mahrez isə hərəyə 1 dəfə fərqlənib. “Şəhərlilər” bu üstünlüklərini fasilədən sonra daha 1 qolla möhkəmlədərək böyükhesablı qələbə qazanlblar. 57-ci dəqiqədə Rahim Sterlinqin vurduğu qol oyunda sonuncu olub:  “Vest Bromviç” – “Mançester Siti” 0:5. Pep Qvardiolanın komandası ardıcıl 7-ci oyunda qalib gələrək liderliyə yüksəlib. 

“Sauthempton” – “Arsenal” oyunu da məhsuldar alınıb. Bu qarşılaşmanın ilk hissəsində 3 qol olub. 3-cü dəqiqədə meydan sahiblərindən Styuart Armstronq hesabı açsa da, fasiləyə kimi “topçular” Nikolya Pepe və Bukayo Sakanın fərqlənməsi sayəsində hesabı xeyrinə dəyişib. 2-ci yarıda Mikel Artetanın kkmandası daha bir qol vurub. 72-ci dəqiqədə Aleksandr Lyakazet diqqət mərkəzinə düşüb. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə “Arsenal” məğluniyyətsizlik seriyasını 6-ya çatdırıb. London futnolçuları bu görüşlərin yalnız 1-də heç-heçə ediblər. Onlar hazırda 30 xalla 8-cidilər. 1 xal az toplayan “Sauthempton” 11-cidir. Liderliyə yiyələnən “Siti”nin hesabında 41 xal var. “Mançester Yunayted” 40 xalla 2-ci, “Lester” 38 xalla 3-cüdür.